"Azərişıq": Şamaxıda elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb
    • 6-02-2019, 10:12
    • 1 125

"Azərişıq": Şamaxıda elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb

Şamaxı rayonu ərazisində elektrik enerjisi təchizatında yaranmış fasilə "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, hazırda ölkəboyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

Qeyd edək ki, ötən gün axşam saatlarında Şamaxı rayonunun bəzi ərazilərində elektrik enerjisi təchizatı kəsilmişdi.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

//Report.az