-
- 30-03-2023, 12:37
- 481
Azərbaycanda toydan çıxıb evə qayıdan şəxs yolda öldü
Ötən il iyulun 23-də saat 22 radələrində Ağdaş şəhəri ərazisində 2000-ci il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən rayon sakini Firdovsi Əsədovu vurub öldürməsi hadisəsi ilə bağlı istintaq başa çatıb.
News24.az xəbər verir ki, piyadanın ölümü ilə nəticələnən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işin materialları Ağdaş rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, hadisə baş verən gün Ağdaş rayonu Aşağı Qəsil kəndində yaşayan 1971- ci il təvəllüdlü F.Əsədov Ağdaş şəhərinə toya gedibmiş. Mərhumun həyat yoldaşı deyib: “Firdovsi yolun sağından soluna keçmək istəyib. Bu məqamda Aqşin İsmayılov yüksək sürətlə idarə etdiyi maşını ilə onu vurub. Həyat yoldaşım aldığı xəsarətlərdən hadisə yerində keçinib. Mən bu haqda hadisə baş verdikdən bir neçə saat sonra məlumat aldım. Ərimin telefonu qəza zamanı yolun kənarına düşübmüş. Bunu tapan polis əməkdaşı oğlum Ələsgərə zəng edib hadisə haqda məlumat verib”.
Zərərçəkmiş şəxsin ailəsi sürücünü bağışladıqlarını bildiriblər.
Ağdaş rayon Məhkəməsinin hökmü ilə Aqşin İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.
Taleh BAĞIROV