Ramil Şeydayev bu səbəbdən yeni müqaviləni imzalamır - SON DURUM
    • 30-03-2023, 17:38
    • 264

Ramil Şeydayev bu səbəbdən yeni müqaviləni imzalamır - SON DURUM

"Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin növbəti mövsümə harada başlayacağı hələ də dəqiqləşməyib.

News24.az fanat.az-a istinadən xəbər verir ki, "Neftçi" və iki Rusiya klubundan real təklif alan futbolçu Ağdam təmsilçisinin yeni müqavilə istəyini hələ də cavablandırmayıb.

Düzdür, bugünlərdə tərəflərin növbəti dəfə danışıqlar masası ətrafında mövcud durumu müzakirə etməsi planlaşdırılıb. Ancaq "Sabah"dakı məlum uğursuzluğun ardından "köhlən atlar"ın sıralarında toparlanan Şeydayevin daha çox qazanmaq arzusu faktdır. "Qarabağ"da oyun praktikası baxımından problem yaşamayan Ramil klubundan olduqca yüksək əməkhaqqı umur və məhz bu səbəbdən şərtləri onu razı salmayan təklifə cavab vermir. Başqa sözlə, cari sözləşməsinin müddəti yayda başa çatacaq "Zenit"in yetirməsi yaranmış vəziyyətdən mümkün qədər yaxşı istifadə etməyə çalışır.

Qeyd edək ki, Şeydayev cari mövsüm Azərbaycan Premyer Liqasında 17 qol vurub