300 qram marixuana və metamfetamin aşkar olundu
    • 31-03-2023, 11:00
    • 197

300 qram marixuana və metamfetamin aşkar olundu

Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Xəlilovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

News24.az xəbər verir ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış zaman oradan 300 qram marixuana və metamfetamin aşkar olunub.  

Şəxsi axtarış zamanı sərnişini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ceyhun Məmmədovdan isə metamfetamin, heroin, tiryək və 6 ədəd metadon həbi aşkar olunaraq götürülüb.  

Araşdırma aparılır.