-
- 18-05-2024, 08:53
- 364
Rusiyadan Xarkova hücum: Ölən və yaralananlar var
Rusiya 2022-ci ildən müharibə apardığı Ukraynanı vurub.
News24.az xəbər verir ki, Xarkov meri İqor Terexov Ukraynanın şərqindəki Xarkov şəhərində idarə olunan bombalarla törədilən hücumda 3 nəfərin öldüyünü, 28 nəfərin yaralandığını bildirib.
Uzun müddətdir Ukraynanın ikinci böyük şəhəri olan Xarkova hücumlar təşkil edən Rusiya qüvvələri mülki və enerji infrastrukturlarını da hədəfə alıb. Ukrayna prezidenti Vladimir Zelenski isə Moskvanı şəhəri xarabalığa çevirmək cəhdində ittiham edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin son günündə rus mətbuat mənsublarının suallarını cavablandırıb.
Ukraynanın Xarkov vilayətində təhlükəsiz bufer zonası quracaqlarını bəyan edərək, “Xarkovu ələ keçirmək planımız yoxdur” deyib.
Günel Məlikzadə