Təbii ağrıkəsicilər
    • 31-03-2023, 17:25
    • 387

Təbii ağrıkəsicilər

Gün ərzində bir çox səbəblərdən asılı olaraq bədənin müəyyən yerlərində ağrılar yarana bilər. Bu ağrıları aradan qaldırmaq üçün tez-tez ağrıkəsicilərə müraciət edirik. Ancaq bu dərmanlar ağrınızı nə qədər sağaldırsa da, davamlı olaraq qəbul etmək sağlamlığa mənfi təsir göstərə bilər. Artıq bəhs edəcəyimiz “təbii ağrı kəsici” qidalarla daimi ağrılarınızdan xilas ola biləcəksiniz.

News24.az bədən ağrılarını kəsən təbii vasitələri təqdim edir.
 


Zəncəfil
Ənənəvi təbabətin vazkeçilməz tərkib hissəsi olan zəncəfil sağlamlığa faydaları ilə diqqət mərkəzindədir. Bu bitki ürəkbulanmanın qarşısını almaqda çox təsirlidir.
Məşqdən sonra əzələ ağrılarını da aradan qaldırır. Yalnız əzələ ağrılarına deyil, baş ağrılarına da yaxşı gəlir.
Ağrıya yaxşı gəlməsinin səbəbi iltihab əleyhinə xüsusiyyətə malik olmasıdır.
Xroniki baş ağrınız varsa, zəncəfil bitki çayı içmək sizə çox kömək edəcək.



Acı bibər
Acı bibər tərkibindəki kapsaisin maddəsi sayəsində ağrı kəsici xüsusiyyətə malikdir. Araşdırmalar göstərib ki, acı bibər istehlakı iltihabı xeyli azaldır.
Eyni zamanda acı bibər yedikdən sonra meydana gələn yanma zamanı siqnallar beyinə gedir. Bu siqnallar daha sonra endorfinlərin sərbəst buraxılmasına kömək edir.



Zərdəçal
Zərdəçal iltihabı azaltmaqda çox təsirlidir. Stanford Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, zerdeçalın aktiv maddəsi olan “kurkumin” ağrı kəsici xüsusiyyətlərə malikdir.
Bu xüsusiyyəti sayəsində bədəndəki ağrıları aradan qaldırmaqda çox müvəffəqiyyətli bir qidadır.



Nanə yağı
Nanə yağı irritabl bağırsaq sindromunun səbəb olduğu krampları, qazları və şişkinliyi aradan qaldırır. Nanə çayı həm də mədə narahatlığı üçün yaxşı sakitləşdiricidir.