Kılıçdaroğlunun bu fotosu tənqid olundu
    • 1-04-2023, 21:15
    • 283

Kılıçdaroğlunun bu fotosu tənqid olundu

Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun foto çəkdirərkən namaz xalçasının üzərində dayanması tənqidlərə səbəb olub.


News24.az xəbər verir ki, iftardan sonra çəkilən foto ilə bağlı sosial şəbəkələrdə Kılıncdaroğlunun ünvanına sərt fikirlər qeyd olunub.

Kılıçdaroğlu tənqidlərə cavab olaraq "Üzgünəm, görməmişəm" deyərək izləyicilərdən üzr istəyib.