Ağdaşda iki “KamAz” toqquşdu, ölən var
    • 3-04-2023, 09:58
    • 150

Ağdaşda iki “KamAz” toqquşdu, ölən var

Ağdaşda Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAz” markalı iki yük avtomobili toqquşub.

News24.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri 1965-ci təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.