Bakıda taksi sürücüsünün boğazını kəsdilər
    • 3-04-2023, 14:59
    • 239

Bakıda taksi sürücüsünün boğazını kəsdilər

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu Kənar Dairəvi yolda baş verib. Gecə saat 04 radələrində naməlum şəxs müştəri qismində yələşdiyi “Opel” markalı taksinin sürücüsü, 1989-cu il təvəllüdlü Habil Murad oğlu Qəhrəmanova hücum edib. O, küt alətlə sürücünün boğazını kəsərək H.Qəhrəmanovun 180 manat pulunu və telefonunu ələ keçirib.

Hadisə barədə polisə məlumat verilib. Quldurluq edən şəxsin axtarışları davam etdirilir.

Taleh BAĞIROV