Keçmiş sevgilidən ölümcül toy hədiyyəsi! Bəy və gəlin evlərinə gələndə...
    • 5-04-2023, 12:47
    • 290

Keçmiş sevgilidən ölümcül toy hədiyyəsi! Bəy və gəlin evlərinə gələndə...

Hindistanda dəhşətli hadisə yaşanıb.

News24.az xəbər verir ki, Çhattisqarh əyalətinin Kabirdham rayonunda yeni evlənən cütlüyün evində partlayış baş verib. 

Partlayışda bəy və qardaşı ölüb, 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.

Ölümə səbəb toy zamanı hədiyyə edilən ev kinoteatrı sisteminin partlaması olub.

Polis hədiyyənin partlayıcılarla təchiz edildiyini bildirib. Şiddətli partlayışın baş verdiyi otağın divarlarının və evin damının uçduğu da vurğulanıb. 

Bomba qoyulmuş toy hədiyyəsinin gəlinin keçmiş sevgilisi tərəfindən göndərildiyi bildirib.

Qeyd edilib ki, 33 yaşlı Sarju Markamın 29 yaşlı gəlinlə keçmişdə münasibətdə olub. Markam onun ikinci həyat yoldaşı olmasını israr edib.

Qadının ailəsinin bu evliliyi dəstəkləmədiyini deyib. 

Markam istintaq çərçivəsində şübhəli şəxs kimi saxlanılıb. /BBC/