Bu yollarda sürət həddi endirildi
    • 5-04-2023, 14:08
    • 323

Bu yollarda sürət həddi endirildi

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələri xahiş edilir.