Diqqət: Bu gün Bakıda 16:00-dan etibarən...
    • 7-04-2023, 10:51
    • 402

Diqqət: Bu gün Bakıda 16:00-dan etibarən...

Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə News24.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", deyə DYP əməkdaşı bildirib.