DYP sürücülərə müraciət etdi
    • 5-03-2023, 11:35
    • 180

DYP sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtın mərkəzi prospektlərinin birində aparılan təmir işləri ilə bağlı sürücülərə müraciət edib.

DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli News24.az-a bildirib ki, Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.

"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib.