Rusiyada saxta “Raffaello” hazırlayan ermənilər həbs olundu - FOTO
    • 8-02-2019, 10:00
    • 566

Rusiyada saxta “Raffaello” hazırlayan ermənilər həbs olundu - FOTO

Rusiyanın Rostov vilayətində “Raffaello” ticarət nişanı altında saxta şokoladların istehsalı ilə məşğul olan qanunsuz şirniyyat sexi aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində qanunsuz istehsalla məşğul olan 19 Ermənistan vətəndaşından ibarət cinayətkar dəstə ifşa olunub.

Həmin şəxslərin Rusiya Federasiyası ərazisində qanunsuz olaraq yaşadığı məlum olub.

Şirniyyat məhsullarını ermənilər Kalinin qəsəbəsinin Malıqin küçəsində yerləşən evlərin birində istehsal edib.
//OxuAz