Rusiyada qanunsuz olaraq yaşadığı üçün həbs edildi
    • 30-01-2020, 02:00
    • 931

Rusiyada qanunsuz olaraq yaşadığı üçün həbs edildi

Rusiya Federasiyası ərazisində qanunsuz olaraq yaşayan Azərbaycan Respublikasının vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onu koloniyada 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.


News24.az xəbər verir ki, bu barədə Rusiyanın Arxangelsk vilayəti Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.


Dağıstan Respublikası Magaramkent rayon məhkəməsinin Arxangelsk vilayətinin Velsk şəhərində qanunsuz yaşayan 57 yaşlı azərbaycanlı Fətəliyev Mehralı Hüseynalı oğluna qarşı çıxardığı hökm qanuni qüvvəyə minib.


Xatırladaq ki, 2016-cı ilin aprel ayında adıçəkilən şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb edildiyi üçün Rusiya ərazisinə girişi qadağan edilib. Ona bu qərar barədə şəxsən məlumat verilib.


Azərbaycana gəldikdən sonra kişi şəxsi məlumatlarını dəyişdirib və şəxsiyyətini təsdiqləyən yeni sənədlər alıb. Bundan sonra o, 2016-cı ildən 2018-ci ilə qədər Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz şəkildə keçib.