Naxçıvanda Nərimanovun abidəsi yerinə qaytarılıb - FOTO
    • 10-04-2023, 12:40
    • 154

Naxçıvanda Nərimanovun abidəsi yerinə qaytarılıb - FOTO

Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki heykəli yerinə qaytarılıb.

News24.az apa-ya istinadən xəbər verir, aprelin 1-də təmir üçün yerindən götürülən heykəl dünən axşam saatlarında bərpa edilərək yerinə qoyulub.

İcra Hakimiyyətindən APA-ya bildirilib ki, heykəl mərmər zavodunda təmir olunub və yenidən bərpa edilib.