Nazir polkovnik-leytenanta yeni vəzifə verdi
    • 10-04-2023, 16:46
    • 279

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov vəzifədən azad olunub.

Digər əmrlə Pərviz Məmmədov Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin edilib.