Nuran "Şıkı-şıkı baba" ilə şou-biznesə qatıldı
    • 11-04-2023, 12:39
    • 228

Nuran "Şıkı-şıkı baba" ilə şou-biznesə qatıldı

Gənc müğənni Nuran Məmmədov “Liatris Holding”in layihəsi olan ilk klipini təqdim edib. 

News24.az
xəbər verir ki, iş xanım Ruhiyyə Əliyevanın layihə direktoru olduğu klipin təqdimatına şou-biznesin tanınmış simaları qatılıb. Sənət dünyasına ilk addımlarını atan Nuran klipini Türkiyədə ərsəyə gəldiyini bildirib: “Müğənni olmaq uşaqlıq arzum idi, hər zaman dost məclislərində ifa edirdim. Bu arzumu dilə gətirən zaman Ruhiyyə xanım mənə dəstək olacağını dedi və beləliklə, “Şıkı-şıkı ba-ba” mahnısı və klipi ərsəyə gəldi. Ruhiyyə xanım başda olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm. Çox həyacanlıyam, yanımda olan hər kəsə minnətdaram”.
Qeyd edək ki, bəstənin sözləri və musiqisi  Paster & Rzzaya məxsusdur.  Mahnıya ekran həyatını türkiyəli rejissor İsmail Eren Yalçın verib.