"3 ocaq yandı, kül oldu..."
    • 12-04-2023, 13:15
    • 448

"3 ocaq yandı, kül oldu..."

Əməkdar artist Aybəniz Haşımova Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan 3 hərbiçimizlə bağlı paylaşım edib. 

News24.az xəbər verir ki, şəhidlərin şəklini yayımlayan ifaçı bunları yazıb:

"3 çıraq söndü... 3 evə od düşdü... 3 ocaq yandı, kül oldu. Allah şəhidlərimizə rəhmət eləsin".