-
- 12-04-2023, 15:11
- 268
"ABŞ-ın təsirindən ehtiyatlanan qüvvələr də bu təxribatlarda maraqlıdır"
"Dünən yenidən sərhəddəki təxribat nəticəsində ordumuz şəhid verdi. Artıq Azərbaycan dövlətinin və xalqının səbri tükənmək üzrədir".
Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, bu təxribatlara son qoymağın yolu nə olur olsun biz bunu sonlandıracağıq.
"Bu təxribatların dəfələrlə həlledici anlarda baş verməsi də təəccüb doğuran haldır. Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşlərindəki razılıq xarakterli açıqlamalarından sonra dərhal bölgədə sülh pozulur. Mən düşünürəm ki, bu məhz Ermənistan hakimiyyətinin sülhdən qaçmağının yeganə yolu kimi əl atdığı yoldur. Çünki hələ erməni rəhbərliyi status- kvonun daha mövcud olmadığını qəbul edə bilmir. Bu yaxınlarda mətbuatlarda növbəti görüşün Vaşiqtonda keçiriləcəyinə dair açıqlamalar da yayılırdı. Zənnimcə, regionda ABŞ-ın təsirindən ehtiyatlanan qüvvələr də bu təxribatlarda maraqlıdır. Bu gün hər iki xalq sülhdən yana olmalıdır. Necə ki, Azərbaycan xalqı onlara olunan faciələri, soyqırımları unudub, sülh əlini uzadırsa, elə də erməni cəmiyyəti bu provakasiyalara getməməli, ən optimal yolun məhz sülh olduğunu anlamalıdır".
"Artıq bu adət halını alıb ki, həlledici görüşlərdən öncə və ya sonra Ermənistan kiçik təxribatlara əl ataraq dünyaya hələ də münaqişə davam edir, itkilər var mesajını verməyə çalışır. Xüsusilə, Avropa İttifaqının missiyasının Qarabağda olması da Ermənistan üçün böyük fürsətdir. Yüz illərdir ki, erməni hiyləsi hər kəsə məlumdur. Onlar daima beynəlxalq aləmə yalan sata biliblər. Lakin unutmasınlar ki, Azərbaycan hökuməti də erməni siyasətinə çox yaxşı bələddir. Ermənistana istər güc, istərsə də siyasi diplomatik baxımdan layiqli cavab veriləcək" - deyə deputat qeyd edib.
Aynurə