Ermənistan əyləşdiyi masalardan ƏLİBOŞ QALXIR: Çarə TƏXRİBATDIR - ŞƏRH
    • 9-09-2022, 16:51
    • 779

Ermənistan əyləşdiyi masalardan ƏLİBOŞ QALXIR: Çarə TƏXRİBATDIR - ŞƏRH

“Brüssel görüşündən sonra təxribatların artması və buna paralel olaraq Paşinyanın “sülhə hazırlıq” haqda verdiyi açıqlamalar göstərir ki, İrəvan oyun oynayır, bir tərəfdən sülh prosesini pozur, digər tərəfdən sülhə hazır olduğu görüntüsünü yaradır”. 

Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert qeyd edib ki, Ermənistanın təxribatları da buna hesablanıb: “Məqsəd Azərbaycanı qarşıdurmaya təhrik etmək və sülh gündəliyini arxa plana keçirməkdir. Ermənistan hesab edir ki, geosiyasi vəziyyət dəyişərsə, bölgədəki şərtlər də dəyişə bilər. Bu gözlənti ilə vaxt qazanmağa çalışır. Bunu indiyə qədər siyasi manevrlərlə edirdi, lakin sonuncu Brüssel görüşü bu manevrlərinin daraldığını göstərdi.


Ermənistan paralel olaraq Rusiya masasında da istədiklərinə nail ola bilməyəcəyini anlayır, xüsusilə, bölgədə Rusiya-Türkiyə ikilisinin yenidən ön plana çıxması Moskvanı üçtərəfli razılaşmaların icrasını sürətləndirməyə sövq edir. Bu situasiyada Ermənistan hərbi təxribatları yeganə çıxış yolu kimi görür”.

O bildirib ki, qardaşıdakı bir ayda Bakı daha sakit mövqe sərgiləyəcək: “Rəsmi bakı bu müddətdə sülh sazişinin mətni üzərində işləyəcək və işçi qruplarının yaradılması ilə bağlı razılaşmasının icrasına çalışacaq. Ermənistan tərəfi bu istiqamətdə praktiki addım atmasa, həm Qarabağda, həm sərhəddə müəyyən qarşıdurmaların yaşana bilər”.