"Üçüncü Dünya müharibəsi ABŞ-a görə başlayacaq" - Tramp
    • 13-04-2023, 08:33
    • 160

"Üçüncü Dünya müharibəsi ABŞ-a görə başlayacaq" - Tramp

ABŞ-ın hazırkı rəhbərliyinin səriştəsizliyi Üçüncü Dünya müharibəsinin başlaması ilə nəticələnəcək.

News24.az xəbər verir ki, müvafiq bəyanatla ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxış edib.

D.Tramp “Şimal axını”nda təxribata görə məsuliyyət daşıyanların adlarını çəkməkdən qəti şəkildə imtina edib. Lakin bunun Rusiya olmadığını vurğulayıb. 

Eks-prezident qeyd edib ki, amerikalılar hazırda ABŞ rəhbərliyindəki səriştəsiz adamlara görə tarixin ən təhlükəli dövrünü yaşayırlar.

Xüsusi təhlükə nüvə silahından istifadə ehtimalından irəli gəlir. /FOX News/