Baydenin evindən heç bir məxfi sənəd tapılmadı
    • 2-02-2023, 11:13
    • 161

Baydenin evindən heç bir məxfi sənəd tapılmadı

Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ABŞ Prezidenti Co Baydenin Delaver ştatında yerləşən şəxsi evində aparılan axtarış zamanı məxfi sənədlər tapılmayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ liderinin vəkili Bob Bauer açıqlayıb. 

Onun sözlərinə görə, axtarışlar ABŞ vaxtı ilə 08:30-dan gecəyarısına qədər davam edib. 

Xatırladaq ki, yanvarın 10-u Diplomatiya və Qlobal Əməkdaşlıq Mərkəzində Co Baydenin vitse-prezident olduğu dövrə aid bir neçə məxfi sənədin aşkar olunmasına dair məlumatlar yayılıb.

Qumral Əliyeva