2 il əvvəl ölən şəxs
    • 17-04-2023, 12:12
    • 128

2 il əvvəl ölən şəxs "DİRİLDİ" - Evə qayıtdı

Hindistanda 2 il öncə koronavirusdan öldüyü deyilən Madhya Pradeş ştatının Dhar şəhər sakini olan Kamleş Patidar evinə qayıdıb. 

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, ailə üzvlərinin verdiyi məlumata görə, ikinci dalğada koronavirusa yoluxduqdan sonra səhhəti ağırlaşan Patidar Qucarat Dövlət Xəstəxanasına yerləşdirilib. Daha sonra xəstəxana pasiyentin öldüyünü bildirib və yaxınlarına cəsədi təhvil verib.

Hətta ənənələrə uyğun olaraq, Patidarın "cəsədi" də yandırılıb.

Evinə qayıdan Patidar 2 il müddətində harada olması barədə ailəsinə məlumat verməyib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Qumral Əliyeva