Türkiyədə bələdiyyə sədri qəzada öldü
    • 18-06-2024, 22:26
    • 762

Türkiyədə bələdiyyə sədri qəzada öldü


Bitlisin Adilcevaz rayonunda ağır yol qəzası olub.

News24.az "Unikal"a istiadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində yaralanan AKP-nin Aydınlar rayonu bələdiyyə sədri Tacettin Karamercan aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qəza nəticəsində 6-sı uşaq olmaqla 10 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadası və polis sövq edilib. 

Qəzada yaralananlar arasında Aydınlar qəsəbəsinin keçmiş bələdiyyə sədri Mehmet Arif Tusun da var. 

Yaralılar Bitlis, Tatvan və Ahlat xəstəxanalarına aparılıb.