Azərbaycanda toy gecəsi bəyin həyətində QANLI CİNAYƏT
    • 17-04-2023, 13:14
    • 852

Azərbaycanda toy gecəsi bəyin həyətində QANLI CİNAYƏT

Aprelin 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində 30 oktybr 2022-ci il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən evin həyətində qohumunu bıçaqlayan 15 yaşlı Q.Əliyevin məhkəməsi keçirilib.

News24.az -ın etdiyi məlumata görə, qohumu, 1986-cı il təvəllüdlü İlqar Bayramova bıçaqla ağır xəsarətlər yetirən Q.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirlənidirilib.

Məlum olub ki, hər iki şəxs həmin gün birgə toyda iştirak ediblər. Belə ki, bəy 15 yaşlı Q.Əliyevin xalası oğlu, İlqarın isə əmisi oğlu olub. Toydan sonra yaxın qohumlar birgə bəyin həyətinə gəliblər və gəlinin ayağının altında qurban kəsilib. Bu zaman İlqar qoyunu kəsən şəxsin ünvanına təhqiramiz ifadələr işlədib və onun qurbanlığı kəsməyə layiq olmadığını deyib. Bu sözdən əsəbiləşən Q.Əliyev bıçağı götürərək İlqara hücum edib və onun yan hissəsinə ağır zərbələr endirib.

İ.Bayramov əmisi oğlunun həyətindən xəstəxanaya aparılıb.

Araşdırmalar zaman İ.Bayramovun hadisə zamanı sərxoş olması üzə çıxıb. Məhkəmədə o, 15 yaşlı Q.Əliyevlə barışdığını və ondan şikayətçi olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Q.Əliyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Taleh BAĞIROV