İranda yeni kütləvi zəhərlənmə - VİDEO
    • 18-04-2023, 13:11
    • 123

İranda yeni kütləvi zəhərlənmə - VİDEO

İranın Təbriz, Senendac, Urmiya və Kerac şəhərlərində tələbə qızların yeni zəhərlənmə halları qeydə alınıb.

News24.az xəbər verir ki, şagirdlərin kimyəvi qazdan zəhərləndiyini iddia edilən görüntülər böyük əks-səda doğurub.

Paylaşılan görüntülərdə məktəbin qarşısında təcili yardım maşınlarının gözləyən bəzi qız şagirdlərin zəhərlənmənin təsirindən huşsuz halda yerdə oturduğu və nəfəs almaqda çətinlik çəkdiyi qeyd edilib.

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib. /Haber Global/