İranda şagirdlər kimyəvi qazdan zəhərləndi, xalq etiraz etdi
    • 10-04-2023, 10:13
    • 160

İranda şagirdlər kimyəvi qazdan zəhərləndi, xalq etiraz etdi

İranın Kürdüstan əyalətinin Sakkız şəhərindəki Mirac Qız Liseyində təhsil alan şagirdlərin kimyəvi qazdan zəhərləndiyi iddia edilib.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə məktəbə gələn valideynlərlə mühafizəçilər arasında qarşıdurma yaşanıb. 

Etirazçılar məktəbdə asılmış İran bayrağını endirərək, ölkə lideri Əli Xamenei əleyhinə şüarlar səsləndiriblər.

Ən az 47 şagirdin xəstəxanalara aparıldığı, onlardan 20-dən çoxunun vəziyyətinin ağır olduğu bildirilib. Məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verməyib. /Sozcu/