İranda zəhərlənənlərin sayı 5 mini ötdü
    • 7-03-2023, 13:06
    • 129

İranda zəhərlənənlərin sayı 5 mini ötdü

İranda qızların təhsil aldığı məktəblərdə zəhərlən şagirdlərin sayı artmaqda davam edir.

News24.az xəbər verir ki, kütləvi zəhərlənmə halları 3 aydan çoxdur davam edir. Bu günə qədər 230 məktəbdə 5 mindən çox şagird zəhərlənib.

Kütləvi zəhərlənmə halları ilə bağlı Kəşfiyyat, Daxili İşlər, Təhsil, Səhiyyə nazirlikləri, İnqilab Mühafizəçiləri və polis nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

Yığıncaqda təqdim olunan hesabatlardan 30 noyabr 2022-ci ildən bəri 25 ştatda 230 məktəbdə 5 mindən çox kişi və qızın zəhərləndiyini açıqlanıb.

Zəhərlənmənin səbəbini müəyyən etmək üçün müxtəlif testlər aparıldığını, zəhərin növü və ya mənbəyini müəyyən etmək mümkün olmadığını, araşdırmaların davam etdiyi bildirilib.

Təsdiqini tapmayan məlumata görə, bəzi yerlərdə çürük meyvə qoxusuna bənzər qaz tullantıları var. /CNN Türk/

Teymur MƏMMƏDOV