Əsir götürülən Hüseynin anası: “Elə bildim ki, təpik mənim sinəmə dəydi..." - Videomüsahibə
    • 19-04-2023, 18:15
    • 1 088

Əsir götürülən Hüseynin anası: “Elə bildim ki, təpik mənim sinəmə dəydi..." - Videomüsahibə

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Naxçıvanın Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseynin Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığı məlum olub.

Qeyri-insani rəftarla üzləşən hərbçimizin görüntüləri ölkə ictimaiyyətinin diqqətindədir. 

News24.az-ın əməkdaşları əsir götürülən hərbçimiz Axundov Hüseynin anası ilə həmsöhbət olmaq üçün onun yaşadığı ünvana üz tutub.

Şəlalə Axundova övladını çətinliklə böyütdüyünü və onun ağır fiziki güc tələb edən işlərdə çalışdığını deyib. O, həmçinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) onunla əlaqə saxladığını, müsbət nəticə ilə bağlı gözləntilər olduğunu deyib. Bundan əlavə, Şəlalə Axundova Qırmızı Xaç Komitəsindən ona məlumat verildiyini, övladının nəzarətdə olduğunu qeyd edib.

Ətraflı təqdim edirik:

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev
Videomontaj: Adil Ağayev