Ramazan ayının iyirmi doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
    • 19-04-2023, 22:10
    • 194

Ramazan ayının iyirmi doqquzuncu gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 20-si imsak vaxtı saat 04:24-də, iftar vaxtı isə 19:39-dadır. 
Aprelin 20-si üçün namaz vaxtları: 

Sübh azanı04:29
Zöhr azanı12:40
Əsr azanı17:26
Məğrib azanı19:39
İşa azanı20:45

İyirmi doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!” 

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!” 

İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!