Sinaqoqu yandırdı..
    • 17-05-2024, 23:40
    • 179

Sinaqoqu yandırdı..

Fransada bir nəfər sinaqoqa hücum edib.

News24.az xəbər verir ki, Daxili işlər naziri Gerald Darmanin sosial media hesabından verdiyi açıqlamada Fransa polisinin ölkənin şimalındakı Rouen şəhərində sinaqoqu yandırmağa cəhd edən silahlı şəxsi "zərərsizləşdirdiyini" açıqlayıb.

AFP-yə danışan hadisə şahidi, əlində bıçaq və dəmir barmaqlıq olan şəxsin polisə yaxınlaşdığını və güllələndiyini bildirib.

Hücum edənin kimliyi və hücumun səbəbi hələ də qeyri-müəyyəndir.

Qeyd edək ki, iki aydan sonra Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Fransa Yaxın Şərqdə və Avropanın şərq cinahında mürəkkəb geosiyasi mühitdə həyəcan siqnalını ən yüksək səviyyəyə qaldırıb.

Regional yayımı olan France 3 yanğınsöndürmə qruplarının bölgədə olduğunu bildirsə də, Rouen bələdiyyəsinin rəsmisi yanğının nəzarət altına alındığını bildirib.

Daxili işlər naziri Gerald Darmanin sinaqoqa hücum edən şəxsin Əlcəzair əsilli olduğunu açıqlayıb.

Onu da xatırladaq ki, şəhər 2016-cı ildə ölkənin cənubundakı Sent-Etyen-du-Ruvrey şəhərində bir keşişin kütləvi mərasim zamanı bıçaqlanaraq öldürüldüyü və daha sonra İŞİD tərəfindən üzərinə götürdüyü hücumla sarsılıb.

Fransa ABŞ və İsraildən sonra ən çox yəhudi əhalisi olan ölkədir.

O, həm də Avropanın ən çox müsəlman əhalisi olan ölkəsidir.

Günel Məlikzadə