-
- 20-04-2023, 17:48
- 356
Daha bir ölkədən Ukrayna ilə bağlı QADAĞA
Polşa, Macarıstan və Slovakiyadan sonra Bolqarıstan da bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının Ukraynadan idxalına qadağa qoyub.
News24.az xəbər verir ki, məhsulların idxalına qoyulan qadağaya baxmayaraq, Bolqarıstanın Baş naziri Qılib Donev Ukrayna ilə həmrəy olduqlarını bildirib.
Qeyd edək ki, qadağa aprelin 24-dən qüvvəyə minəcək. Sözügedən qadağa taxıl, süd və süd məhsulları, qırmızı ət, bal, quş əti və məhsulları, şərab və sirkə daxil olmaqla 20-yə yaxın məhsulun idxalına aid ediləcək.
İyunun 30-dək qüvvədə olacaq qadağa həmin məhsulların Bolqarıstan ərazisindən tranzitini əhatə etmir.
Qumral Əliyeva