Salyanda yol kənarında kişi meyiti tapıldı
    • 23-07-2018, 18:18
    • 1 148

Salyanda yol kənarında kişi meyiti tapıldı

Bu gün günorta saatlarında Salyan rayonunun “Stansiya” yaşayış massivinin ərazisindən keçən avtomobil yolunun kənarından üzrərində ilkin çürümə əlamətləri olan orta yaşlı kişi meyiti tapılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, araşdırma nəticəsində cəsədin Salyan rayonunun Qalalı yaşayış massivində yaşayan, tikinti anbarında fəhlə işləyən 46 yaşlı Davud İsmayıl oğlu İbrahimova məxsus olduğu müəyyən edilib. Ölümün səbəbi məhkəmə tibbi-ekspertizanın müayinəsindən sonra məlum olacaq.


Faktla bağlı araşdırmalara başlanılıb