Beyləqan sakinində metamfetamin aşkar edildi
    • 21-04-2023, 12:24
    • 188

Beyləqan sakinində metamfetamin aşkar edildi

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib.

News24.az-a DİN-dən verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.