Kəlbəcər sakini qaçırdığı avtomobili yandırdı - FOTOLAR
    • 24-04-2023, 15:20
    • 209

Kəlbəcər sakini qaçırdığı avtomobili yandırdı - FOTOLAR

Kəlbəcər rayon sakini qaçırdığı avtomobili yandırıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə aprel ayının 4-də rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı Q.Salahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu deyib.