Ac qalsalar peyğəmbərlə görüşəcəklərinə inanan 73 nəfər öldü - FOTO
    • 25-04-2023, 10:56
    • 132

Ac qalsalar peyğəmbərlə görüşəcəklərinə inanan 73 nəfər öldü - FOTO

Keniyanın Malindi qəsəbəsində ac qalsalar peyğəmbərlə görüşəcəklərinə inanan və ölüm orucunda həyatını itirənlərin sayı artıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Malindi polis rəisi Çarlz Kamau məlumat yayıb.

O bildirib ki, Malindidəki "Good News International" kilsəsi yaxınlığında Şakahola meşəsində tapılan cəsədlərin sayı 73-ə çatıb.

Polis rəisi 112 nəfərin itkin olduğunu deyib. Hadisədə təqsirli bilinən 3 nəfər həbs edilib.

Qeyd edək ki, "Good News International" kilsəsinin keşişi kilsəsindəki insanlara bərabər ac qalıb. O, bu yolla insanları İsa peyğəmbərlə görüşəcəklərinə inandırıb.

Qumral Əliyeva