ABŞ-dan 11 İran rəsmisinə SANKSİYA
    • 25-04-2023, 12:03
    • 140

ABŞ-dan 11 İran rəsmisinə SANKSİYA

ABŞ 11 iranlı məmura insan haqlarının pozulmasını əsas gətirərək sanksiya tətbiq etmək qərarına gəlib.

News24.az
xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken sanksiya qərarı ilə bağlı yazılı açıqlama verib:

“ABŞ İranın insan haqlarını pozmasını pisləyir. Biz İran rejiminin qəddar siması ilə üzləşən İran xalqını və onların fundamental azadlıqlara hörmət tələbini dəstəkləməkdə qərarlıyıq. 

Bu gün Dövlət Departamenti dinc nümayişçilərin öldürülməsində, saxlanmasında, döyülməsində və dinc toplaşmaq yolu ilə onların ifadə azadlığına mane olmaqda məsul olan və ya əli olan 11 İran rəsmisinə viza məhdudiyyəti qoyur”.