Dəhşətli qəza! Beton qarışdıran maşın sürücünün üzərinə AŞDI - ŞOK VİDEO
    • 25-04-2023, 14:15
    • 210

Dəhşətli qəza! Beton qarışdıran maşın sürücünün üzərinə AŞDI - ŞOK VİDEO

Xarici ölkələrin birində faciə ilə nəticələnən dəhşətli qəza hadisəsi baş verib.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, qəfil manevr edən beton qarışdıran maşının sürücüsü idarəetməni itirərək yolun kənarında dayanan “Ford” markalı avtomobili əzib. Hadisə zamanı “Ford”un sürücüsü sükan arxasında olub. Qəza yerinə cəlb edilən xilasetmə qrupunun əməkdaşları sürücünü xüsusi qurğuların vasitəsi ilə avtomobilin içindən çıxartmağa nail olublar.

Qeyd edək ki, sürücü yerindəcə dünyasını dəyişib.