Sürücü sükan arxasında yatdı, idarə etdiyi yük maşını yoldan aşdı - Dəhşətli qəzadan fotolar
    • 2-06-2021, 19:10
    • 335

Sürücü sükan arxasında yatdı, idarə etdiyi yük maşını yoldan aşdı - Dəhşətli qəzadan fotolar

Kürdəmir rayonunda dəhşətli yol qəza hadisəsi baş verib. 

Hadisə şahidlərinin News24.az-a verdiyi məlumata görə, hadisə rayonun Çöl ərəb kəndində yolun kənarında qeydə alınıb. 

Bildirilir ki, yük maşınının sürücüsü sükan arxasında yuxuladığı üçün idarəetməni itirərək aşıb.

Yük maşınının sürücüsünün xəsarət aldığı deyilir. 

News24.az hadisəni əks etdirən fotoları təqdim edir: