Türkiyədə zavodda su çəni partladı: 1 ölü, 1 yaralı
    • 26-04-2023, 00:59
    • 157

Türkiyədə zavodda su çəni partladı: 1 ölü, 1 yaralı

Türkiyənin Aksaray bölgəsindəki istilik sistemləri zavodunda su çəni partlayıb.

News24.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
Su çəninin hansı səbəbdən partlaması hələlik məlum deyil.Hadisə yerinə çox sayda polis və yanğınsöndürmə briqadası cəlb edilib. 

27 yaşlı Yusif Yenerin həyatını itirdiyi partlayış nəticəsində yaralanan 19 yaşlı Emre Altınok Aksaray Egitim ve Araşdırma Xəstəxanasına çatdırılıb.