Çernobıl: “Qara tarix“in 37-ci ili tamam oldu
    • 26-04-2023, 18:40
    • 342

Çernobıl: “Qara tarix“in 37-ci ili tamam oldu

37 il öncə, 26 aprel 1986-cı ildə Pripyat (Ukrayna SSR, indiki Ukrayna) şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun reaktorunda partlayış baş vermişdi.

News24.az xəbər verir ki, bu, atom enerjisi tarixindəki ən böyük qəza olaraq qiymətləndirilib.

Partlayışdan sonra böyük ərazilər radioaktiv çirklənməyə məruz qalıb. Partlayışdan ən çox zərər çəkən isə Ukrayna, Rusiya və Belarus dövlətləri olub.

Xatırladaq ki, Çernobıl AES-də baş verən qəzanın nəticələri milyonlarla insanın həyatına təsir etdi. Qəzanın nəticələrinin aradan qaldırılmasına yarım milyondan çox insanın cəlb olunmasına baxmayaraq, radioaktiv zəhərlənməyə görə hazırda həmin adamların çoxu vəfat edib./yenisabah.az/