Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? - AÇIQLAMA
    • 27-04-2023, 17:02
    • 748

Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? - AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə, bir çox "instagram" və "Tik-tok" səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.
 
News24.az xəbər verir ki, şəhid atası məlumatın doğru olduğunu bildirib: "Bəli yayılan məlumatlar doğrudur. Burada qəbahət nə var ki?
 
O, sosial şəbəkədə bu hadisəni tənqid edənlərə də cavab verib:"Videonu qəpik-quruş qazanmaq istəyənlər yayıb".
 
Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub./azxeber.com/