Bakıda ad günündə FACİƏ: Qadın qadını...
    • 29-04-2023, 11:04
    • 651

Bakıda ad günündə FACİƏ: Qadın qadını...

Ötən ilin 29 oktyabrında Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi 51 ünvanının qarşısında baş verən və Qaqarina Sofya İzyatullaevnanın ölümü ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı S.Qaqarina evdən çıxaraq Əhmədlidəki “Təbrik” şadlıq evində keçirilən ad günü məclisinə gedirmiş. Lakin evdən çıxıb yolu keçərkən onu 1991-ci il təvəllüdlü Türkan İbrahimova idarə etdiyi “Chevrolet Cruze” markalı, 99 SU 150 nömrə nişanlı avtomobillə vurub.

T.İbrahimova və yanındakı rəfiqəsi xəsarət almış qadını avtomobilə əyləşdiriblər. Onu təcili tibbi yardıma aparmaq əvəzinə üzərindəki telefonla yaxınlarının olduğu “Təbrik” şadlıq evinə apararaq qohumuna təhvil veriblər. Yaşadıqlarından şok keçirən S.Qaqarinanın daha sonra vəziyyəti ağırlaşıb. Yaxınları onu xəstəxanaya aparıblar. Xəstəxanada Qaqarinanın xəsarətlərinin ağır olduğu bildirilərək reanimasiyaya yerləşdirilib. Lakin noyabrın 2-də S.Qaqarina vəfat edib. 

Hadisə ilə bağlı sürücü Türkanə İbrahimova barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma- ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb. «Bliss Lounge»də ofisiant işləyən xanım sürücü daha sonra məhkmə qarşısına çıxarılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış edən T.İbrahimova hadisə vaxtı Sofiya Qaqarinanın yüngül xəsarət aldığını düşündüklərini, onun özünün tibbi yardım almaq istəmədiyini, yalnız qırılan eynəyinin təmir edilməsini istədiyini deyib.

Xətai rayon Məhkəməsinin hökmü ilə T.İbrahimova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib. Ona 2 il sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. T.İbrahimovanın cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Taleh BAĞIROV