Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək – Bu tarixdə
    • 29-04-2023, 11:55
    • 428

Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək – Bu tarixdə

Aprelin 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

News24.az xəbər verir ki,bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.