KOB-un əməkdaşı faciəli şəkildə öldü - FOTO - YENİLƏNDİ
    • 3-05-2023, 14:28
    • 255

KOB-un əməkdaşı faciəli şəkildə öldü - FOTO - YENİLƏNDİ

KOBİA-nın əməkdaşı Nazim Məmmədlinin ölümü ilə bağlı şok faktlar üzə çıxıb.

News24.az-ın əldə etdiyi məlumata görə, onun Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yaşadığı evdə intihar etməsi məlum olub. Belə ki, N.Məmmədli dünən günorta saatlarında yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

İntihar faktı ilə əlaqədar olaraq Sabunçu rayon prokurorluğu araşdırma aparır.


***
Sumqayıt şəhər KOB İnkişaf Mərkəzinin (KOBİM) əməkdaşı Nizami Məmmədli vəfat edib.

News24.az xəbər verir ki, o, mərkəzin təlimçi-eksperti vəzifəsində çalışırdı.

N.Məmmədlinin hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.


Taleh BAĞIROV