Gəncədə 1-ci qrup əlilin meyiti tapıldı
    • 11-01-2023, 15:46
    • 226

Gəncədə 1-ci qrup əlilin meyiti tapıldı

Gəncədə mənzildən meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Ş.Hüseynov küçəsi ev 13, mənzil 39-da baş verib. Gəncə sakini, 1969-cu il təvəllüdlü 1-ci qrup əlil Rafael İsmayıl oğlu Tağıyevin meyiti aşkar edilərək aidiyyəti üzrə məlumat verilib.

Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV