-
- 3-05-2023, 16:26
- 588
“Otağa girəndə gördüm ki, 2 yaşlı oğlumu doğrayır” – BAKIDA İNANILMAZ HADİSƏ
Bakıda 2 yaşlı övladını və özünü öldürməyə cəhd göstərmiş Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1990-cı il təvəllüdlü Saqi Mikayılov məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 29.120.2.4, 29.120.2.9 və 128-ci maddələri (xüsusi amansızlıqla və köməksiz halda olan şəxsi öldürməyə cəhd və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, Saqi daha əvvəl xuliqanlıq əməlinə görə məhkum edilib və cəzasını başa vurub. Bakıda fəhlə işləyən Yevlax sakini 2020-ci ildə paytaxtda ailə qurub, lakin münasibətləri pozulduğu üçün hadisədən 3 ay əvvəl onun arvadı 2 yaşlı oğlunu da götürərək atası evinə gedib. Bundan sonra Saqi Səbail rayonu 20-ci sahə adlanan ərazidəki həmin evə gedərək uşağını və özünü öldürmək qərarına gəlib. Lakin o, uşağa çoxsaylı bıçaq zərbələri endirsə də, xoşbəxtlikdən körpənin həyatını xilas etmək mümkün olub. Saqi həmin vaxt bıçaqla öz boğazını da kəssə də, tibbi yardımdan sonra həyatda qalıb.
Məhkəmə prosesində ifadə verən Saqi deyib ki, özü atasız böyüdüyü üçün uşağının da atasız böyüməsini istəməyib: “Mən özüm atasız qalmışam, ona görə də özümü öldürərkən düşündüm oğlum İsmayılı da öldürüm ki, mənim kimi əzab-əziyyət çəkməsin”.
Həbs edilmiş şəxsin həyat yoldaşı Xeyransa Mikayılova da hadisə vaxtı xəsarət alıb. Belə ki, o, övladını ərinin əlindən xilas edərkən yüngül dərəcəli bıçaq xəsarəti alıb. Zərərçəkmiş qadın hadisəni belə xatırlayıb: “Saqi ilə tanış olub 14 fevral 2020-ci il tarixdə ailə qurmuşdum. Elə həmin il oğlum İsmayıl anadan oldu. Ailə qurandan sonra Bakıda müxtəlif ünvanlarda kirayədə yaşamışıq. Saqi ilə aramda 5 yaş fərqi var. Həyat yoldaşımla aramızda mübahisələr olurdu, maddi problemlərimiz var idi, məni tez-tez döyürdü. Kirayə haqqını ödəyə bilmədiyimizə görə Saqi məni və oğlumu anamgilə gətirdi. İş tapıb çalışmağa başlayandan sonra ev tutub kirayə qalmağı planlaşdırmışdıq. Lakin elə oldu ki, kirayəyə çıxmağımız yubandı. Bu müddətdə həyat yoldaşım işdən çıxıb anamgilə bizi görməyə gəlirdi. Münasibətlərimiz də normal idi, bizə baş çəkib gedirdi. Bir gün Saqi anamgilə gəlib dedi ki, mən də uşaq da onunla getməliyik. Etiraz elədim, dedim ki, yaşayacaq yeri yoxdur, uşaqla harda qalacağıq? Saqi çıxıb getmək istəyəndə uşağı qucaqlayıb sağollaşmaq isədiyini dedi. Uşağı onun qucağına verdim. Saqi uşaqla birlikdə başqa otağa keçdi. Bu zaman yataq otağından İsmayılın qışqırııq, ağlamaq səsi gəldi. Uşağın səsinə otağa keçəndə çarpayının üstündəki İsmayılın qan içində olduğunu gördüm. Saqinin əlində bıçaq vardı, onun uşağı vurmasını, doğramasını dərk edib qışqırmağa başladım və əlindəki bıçağı almaq istədim. Bu zaman Saqi əlində olan bıçaqla öz boğazını kəsdi. Bunu görüb Saqinin əlindən tutdum. O, sərt müqavimətlə əlini mənim əlimdən çıxarıb öz boğazını kəsdi”.
Gənc qadın bildirib ki, ərini bağışlamır və ona ağır cəza verilməlidir: “Saqinin əsəbləri yerində deyil. 3 il ərzində yoldaşımla aramızda olan problemlərin çoxu onun ailəsinə görə baş verib. Saqi anasının dediyi sözlərə görə məni döyürdü. Ona anasıgildən uzaqlaşmağını demişdim. Mən bir daha oğlumu ona etibar edə bilmərəm”.
Hadisədən sonra çoxsaylı xəsarətlər almış 2 yaşlı İsmayıl 19 saylı təcili tibbi yardım stansiyasına çatdırılıb və ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib. Uşağın anasının isə əlində kəsilmiş yara aşkar edilərək tibbi yardım göstərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 33 yaşlı Saqi Mikayılov Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV