-
- 31-08-2022, 16:33
- 3 199
Bakıda evə basqın: Jurnalistika fakültəsinin tələbəsini və qardaşını öldürmək istədilər
Bakıda 2 tələbəni qətlə yetirməyə cəhd göstərmiş, onların kirayə yaşadığı mənzilə basqın edən Şabran rayon sakini, 2004-cü il təvəllüdlü Raqib Məmmədova hökm oxunub.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 18 yaşlı oğlan Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4, 157.2 və 221.3-cü maddələri (xuliqanlıq niyyətilə 2 və daha çox şəxsi qəsdən öldürməyə cəhd, mənzil toxunulmazlığını pozma, xuliqanlıq) ilə təqsirli bilinib. Ona 8 il müddətinə həbs cəzası təyin edilib.
Araşdırmalar zamanı üzə çıxıb ki, Raqib Binəqədi rayonunun Xutor adlanan ərazidəki Şimal Tingliyi küçəsində atası ilə kirayə mənzildə yaşayıb.
Onlarla eyni həyətdə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbəsi Şəhriyar Soltanov qardaşı Bəxtiyar və musiqiçi dostu Aminlə birgə kirayədə yaşayıb.
11 dekabr 2021-ci il tarixində gecə saatlarında qonşu otaqdan səs gəldiyini görən Raqib divarı döyərək onlardan sakit olmalarını tələb edib. Bu zaman Şəhriyarın səsinin gəldiyini eşidən Raqib gənc oğlanın onun ünvanına söyüş söydüyünü zənn edib.
Səhəri gün, yəni dekabrın 12-də Raqib Bəxtiyardan qardaşı Şəhriyarı çölə çağırmasını tələb edib. Bəxtiyar isə universitet tələbəsi olan Şəhriyarın yatdığını deyib. Raqib əlindəki bıçaqla qapını sındıraraq Şəhriyarın olduğu otağa basqın edib və ona çoxsaylı zərbələr endirərək öldürməyə çalışıb. Dava zamanı Bəxtiyar da xəsarətlər alıb.