-
- 5-05-2023, 15:03
- 443
Evini sığorta etdirməyənlər “radar”a düşəcəklər - VİDEO
Daşınmaz əmlakın sığortalanması üçün qurulan elektron sistem yaxın gələcəkdə işə düşəcək.
News24.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yeni sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də bu məsələyə nəzarəti artıracaq. Belə ki, evlərin sığorta olunub-olunmadığı elektron şəkildə müəyyən ediləcək.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunun üçün isə Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu inteqrasiya olunacaq.
"Sığorta edilməyən evləri aşkarlamaq üçün sığorta radarı işə düşəcək."
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəbər Ertəsi"nə deyir ki, icbari sığorta ilə bağlı qanun illər öncə qəbul edilib.
Ancaq müvafiq təhlillər aparılmadığından qanunun tətbiqi mümkün olmayıb. Ekspertin fikrincə, sözügedən mexanizmin işə düşməsi də çatışmazlıqları tam aradan qaldıra bilməyəcək.
Ramil Osmanlı həmçinin bildirir ki, elektron sistemin tətbiqindən sonra manitorinqlərə ehtiyac qalmayacaq.
Qeyd edək ki, mənzillərin icbari sığorta məbləğləri Bakı şəhəri üzrə 50 manat, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində 40, digər rayonlarda 30 manat təşkil edir. Daşınmaz əmlakını sığorta etdirməyənlərə isə 40 manat cərimə nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: